Menu
10 mar 23:04XƏBƏR LENTİ / Xarici

Çin sədri Si Cinpin : koronavirusu DAYANDIRDIQ...

Çin sədri Si Cinpin koronavirusun meydana gəldiyi Uhan şəhərinə səfər edib.
O, bildirib ki, koronavirusun yayılması böyük ölçüdə dayanıb. Uhan şəhəri kritik dönəmdə böyük fədakarlıq göstərdi deyən Si Cinpin, vəziyyətin yaxşılığa doğru getdiyini bildirib. Onun sözlərinə görə, epidemiya ilə mübarizədə həlledici dövrdür və bu dövrdə səhlənkarlığa yol vermək olmaz.
“Mübarizə sona qədər aparılmalıdır ki, əməklərimiz boşa getməsin” deyən Çin Sədri bəyan edib ki, hökumət lazımi addımları davam etdirir. Qeyd edək ki, Uhan şəhərində koronavirusa görə qurulan bütün müvəqqəti xəstəxanalar bağlanıb.(publika.az)
Çap
Komment Əlavə et