Çin həkimləri inanılmaza imza atdı.Koronavirusa yoluxmuş 100 yaşlı xəstə sağalıb. Çin tərəfi bildirir ki, sözügedən şəxs koronavirusdan sağalan ən yaşlı xəstədir.
Tam sağalan qoca 80 nəfərlə birlikdə Uhandakı xəstəxanada müalicə altında olub. O, 1920-ci ilin fevralında doğulub. Ötən ay 100 illik yubileyini təntənəli şəkildə qeyd edib. 100 yaşlı xəstə bir neçə ağır xəstəlikdən əziyyət çəkirmiş. Buna baxmayaraq, həkimlər onu koronavirusdan müalicə edə biliblər.Koronavirusun daha çox yaşlı adamların ölümünə səbəb olması ilə bağlı ekspertlər dəfələrlə rəy verib.(musavat.com)
Çap