Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Murad Tağıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb. Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatına baxılıb.
Məhkəmə Xətai rayon Prokurorluğu tərəfindən təqdim olunan təqdimatı təmin edib və Murad Tağıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 2 aya qədər artırıb.
Qeyd edək ki, bundan əvvəl Murad Rağıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
İttihama görə, hadisə ötən ilin oktyabrın 24-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsində baş verib.
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Murad Tağıyev 1967-ci il təvəllüdlü Hamlet Novruzovu bıçaqlayaraq öldürüb.
Məlum olub ki, hadisədən əvvəl Hamlet Novruzov və iki tanışı ilə yeyib-içiblər, sərxoş olan dostlar küçəyə çıxıblar.
Bu zaman Hamletin yanında olan oğlan digər qız dostu ilə quçaqlaşıb və opüşüblər.
Bunu görən Murad Tağıyev onlara iradını bildirib.
Bundan əsəbləşən Hamlet Novruzov Murad Tağıyevlə mübahisə edib. Mübahisə zamanı Murad Tağıyev özündə olan bıçağı Hamlet Novruzovun ürək nahiyəsinə sancıb.Hamlet Novruzov hadisə yerində ölüb, Murad Tağıyev həbs edilib.
İstintaq orqanı tərəfindən Murad Tağıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işi üzrə istintaq Xətai rayon Prokurorluğunda davam edir.(teleqraf.com)
Çap