Erdoğan: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər bizim də - VİDEO
“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər bizim də məsələmizdir”. Anadolu agentliyinə istinadən xəbər veririk ki, bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və torpaq bütünlüyü çərçivəsində həll edilməlidir. Ərdoğan problemin həllinin uzanmasına görə ATƏT-in Minsk qrupunu tənqid edib.(publika.az) Çap