Dənizkənarı Milli Park ərazisində özünü dənizə ataraq intihar edən Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı Azərbaycan Tibb Universitetinin tələbəsi olub. Yaxınlarının bildirdiyinə görə, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu bir-birlərini seviblər. Lakin qızın ailəsi onun Babahüseynlə ailə qurmasına qarşı çıxıb.
Ötən gecə Nəzakət Rzazadə bulvar ərazisinə gələrək valideynlərinə zəng edib. O, həyatdan bezdiyini, özünü öldürəcəyini deyib. Atası gənc qızı fikrindən daşındırmağa çalışsa da o, özünü dənizə atıb. Hadisə vaxtı qızın ardınca bulvara gələn 25 yaşlı Babahüseyn Məmmədov özünü suya ataraq Nəzakəti çıxarmağa çalışsa da, onu tapa bilməyib. Bulvarın mühafizəçilərinin köməkliyi ilə B.Məmmədov sudan çıxarılıb.
Bildirilir ki, Bakıdakı ticarət mərkəzlərindən birində çalışan B.Məmmədov dünən axşam bərbərlik kursunda olub. Ona görə də bulvara tez çata və Nəzakətə vaxtında mane ola bilməyib. O, dəniz sahilində-suyun üzərində gödəkçə görərək özünü suya, atıb. Lakin gödəkçənin boş olduğu məlum olub. Hazırda N.Rzazadənin meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, N.Rzazadənin valideynləri qızı Babahüseynə verməyə əvvəlcədən razılaşmasalar da, son anda onların evliliyinə razılıq veribmiş.(publika.az)
Çap