Nadir yol qırağında çörək satan bacısından danışdı: “Bütün nəsli...” - Şok video
Müğənni Nadir Qafrazadə “Ay Zaur” verilişində qonaq olub. Aparıcının “Övladı qorxu altında saxlamaq düzgündürmü? Manaf Ağayev oğlanlarına deyib ki, artıq-əskik nə isə etsəniz özünü öldürəcək” sualına Nadir Qafarzadə belə cavab verib: “Elə şey demərəm. Özünü öldürüb kimə neynəyəcəksən? Üç gündən sonra yaddan çıxacaqsan. İndi ölülər də ucuzlaşıb”. Nadir Qafarzadə saçına rəng qoyduğunu da etiraf edib: “Saçıma rəng qoyuram və bundan da utanmıram. Nə qədər səhnədəyəm, özümə qulluq edəcəm. Bunu məndən səhnə tələb edir. Milyonlarla insanın gözü bizə baxır”. Müğənni böyük bacısının yol kənarında çörək bişirib satmasına isə belə münasibət bildirib: “İnsanlar düzgün başa düşmədilər. Nadirin bacısı niyə çörək satır? Niyə çörək satmamalıdır? Bacımın əri də sağdır, iki oğlu var, təqaüd alır. Nadir bəyəm bütün nəsli saxlamalıdır? Beş bacım var. Mənim kiməsə kömək edib-etməməyim heç kimə qalmayıb. Hər kəs öz problemi ilə məşğul olmalıdır. Mən kömək etsəm də, etməsəm də özüm bilərəm”.(teleqraf.com) Çap