Menu
24 fev 19:06XƏBƏR LENTİ / Sosial

Əməkdar artistə Mehriban Əliyevadan böyük jest

Heydər Əliyev Fondu Əməkdar artist Rəhman Rəhmanovun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.
Bu barədə Əməkdar artist özü məlumat verib. R.Rəhmanov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib:
"Bir saat bundan öncə xoş xəbər aldım. Fond mənim müalicəmi nəzarətə götürüb. Buna görə Abdulla Şaiq adına Dövlət Kukla Teatrı, kollektivimiz və ailəmiz adından dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildirirəm. Bu, təkcə mənə deyil, bu, həm də bizim kollektivə verilən dəyərdir".
R.Rəhmanov bildirib ki, hazırda növbəti əməliyyata hazırlaşır:
"Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunmuşam. Növbəti əməliyyata hazırlaşıram. İkinci əməliyyat həkimlər üçün çətinlik yaradır. Hazırda növbəti əməliyyat üçün bədənim və orqanizmimdə bərpa işləri aparılır. Səhhətimdəki problemlərlə bağlı bir neçə diaqnoz qoyulub. Neçə vaxtdır ki, öd kisəmdə daş olub. Bundan xəbərsiz olmuşam. Bundan sonra qanla qarışma olub və zəhərlənmə verib. Bununla da qaraciyər sıradan çıxıb. İndi o daşı çıxarıblar".(report)
Çap
Oxşar xəbərlər:
"> 40 yaşlı kişi qızının 15 yaşlı sinif yoldaşını kəndə aparıb təcavüz etdi... "> Ölkədə onkoloji xəstələrin sayı 2 dəfə artdı "> Mehriban Əliyevadan Oqtay Gülalıyevlə bağlı MÖHTƏŞƏM ADDIM "> Kirayə yolu ilə mənzilləri necə əlçatan etməli "> Bəxtiyar Hacıyev Nikol Paşinyana: Azərbaycandan hədiyyə olsun...
Komment Əlavə et
Adınız:
E-Mail:
Şifrə:
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: