Bu günlərdə yenə hərbi qiyamla bağlı söz-söhbətlər gəzir. Bu şayiələri yaymaq ölkənin gələcəyinə xəyanətdir.Bunu Türkiyənin sabiq baş naziri Binəli Yıldırım deyib.
“Bunu ağlından keçirənlər 15 iyul gecəsini yaddan çıxarmasın. Ağıllı olun. Bu millət həmin gecə ay-ulduzlu bayrağın endirilməsinə icazə vermədi. İndi də alçaq FETÖ terror təşkilatı çevrilişə cəhd etmək istəyənlərin əhvalını yüksəltmək üçün belə şayiələr ortaya atır. Heç vaxt bu kimi insanlara etibar etməyəcəyik. Onlar ağıllarını başlarına toplamasa, bu millət yenə lazım olan cavabı verəcək”, - B.Yıldırım bildirib.
Qeyd edək ki, bir müddətdir Türkiyədə hərbi çevrilişə cəhd ediləcəyi barədə şayiələr gəzir.(axar.az)
Çap