Azərbaycanlı cərrahdan unikal rekord
Azərbaycan əsilli rusiyalı oftalmoloq-cərrah Emin Usubov rekorda imza atıb.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Başqırdıstanın Ufa şəhərində Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışan azərbaycanlı cərrah 1 gündə gözdə keçirilən əməliyyatların sayına görə Rusiya rekordunu təzələyib. 2002-ci ildən İnstitutda çalışan azərbaycanlı yüksək səviyyətli oftalmoloq-cərrah hesab olunur. Ölkə başçısı Radiy Xabirovun göstərişi ilə həkim briqadası ilə birlikdə İşimbay Mərkəzi Rayon Xəstəxanasına gələn Usubov 1 sutkada 56 nəfər yerli sakinin gözündə əməliyyat aparıb. Bununla da o, həmkarı Renat Kazakbayevin (50 əməliyyat) rekordunu təzələyib. İşimbayda azərbaycanlı cərrah yaxın 1 həftədə 150 əməliyyat keçirməyi planlaşdırır.
Xatırladaq ki, 2016-cı ilin aprelində Ufada Emin Usubov hücuma uğramışdı. Çənəsi qırılan və ağır bədən xəsarətləri alan həkim 1 həftədən çox komada qalıb. Hücumun milli zəmində törədildiyi müəyyən olunmuşdu.(qaynarinfo)
Çap