Menu
08 sen 23:08XƏBƏR LENTİ / Hadisə

Azərbaycanda polis əməkdaşı DƏHŞƏTLİ QƏTL TÖRƏTDİ

Bu gün Göygöl rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Məlumata görə, gecə saat 04 radlərində rayonun Üçtəpə kəndində yaşayan 1984-cü il təvəllüdlü Cəlilli Günay Yusif qızını qətlə yetirən Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədovun Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Gəncə Regional Bölməsinin polis serjantı olduğu və bir müddət Beynəlxalq Bankın Gəncə filialında mühafizəçi işlədiyi məlum olub.
Bildirilir ki, gecə saatlarında iş yoldaşı, həmin bankda mütəxəssis kimi çalışan 35 yaşlı Günay Cəlillinin yaşadığı və Gəncə çayının sahilində yerləşən evə daxil olan Orxan bıçaqla onun boğazını kəsib. G. Cəlilli hadisə yerində vəfat edib. Həmin əraziyə əvvəlcədən bələd olduğu ehtimal edilən Orxan qaçaraq uzaqlaşıb.
Məlumata görə, Günay Cəlillinin həyat yoldaşı onlar evlənəndən bir müddət sonra vəfat edib. O, qızı ilə birgə bacısının evində yaşayırmış.
İlkin məlumata görə, O.Məmmədov iş yoldaşı və özündən 7 yaş böyük olan qadını qısqanclıq zəminində qətlə yetirib.
Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparlır.
Faktla Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb.
Çap
Komment Əlavə et