Menu
02 fev 01:51XƏBƏR LENTİ / Hadisə

Bakıda polis tapdığı pulu sahibinə qaytardı

Yanvarın 30-da polis serjantı Namiq Nəsibov "28 May" metrostansiyasında xidmət apararkən saat 18:40 radələrində 2139 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsindənverilən məlumata görə, elə həmin gün axşam saatlarında metroda pulunun itməsi ilə bağlı polisə müraciət edən İlahə Sadıqovanı şöbə rəhbərliyi qəbul edib. O, "28 May" metrostansiyasının çıxışındakı "Bakı kart" aparatının yanında 2139 manat pulunu unutduğunu deyib. İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İ.Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.
Çap
Komment Əlavə et