Menu
27 yan 01:53XƏBƏR LENTİ / Hadisə

Tovuzda qardaş qardaşı bıçaqladı

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əbülfət İslam oğlu Salmanov mübahisə zəminində qardaşı, Rövşən Salmanov tərəfindən bıçaqlanıb.Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.(teleqraf.com)
Çap
Komment Əlavə et