ABŞ tədqiqatçıları havanı, əllərimizi, yeməklərimizi mikroblardan qoruyacaq nano ölçülü dezinfeksiyaedici süni su ixtira ediblər.Boston şəhərində yerləşən Harvard Universitetinin səhiyyə məktəbində (Harvard T. H.) fəaliyyət göstərən araşdırmaçılar tərəfindən nanotexnologiya cihazları istifadə edilən bir platformada kiçik və aerozollaşdırılmış nano su damcıları istehsal olunub.
Nano damlacıqlarda istənilən yeri təmizləyə biləcək toksik olmayan dezinfeksiyaedici maddələr var.
Aerozol sahəsində fəaliyyət göstərən dosent Filip Demokritə görə, dezinfeksiyaedici vasitənin fəaliyyət mexanizmi sadədir. 12 voltluq elektro sprey və iyonizasyon suyu nano aerozola çevirir və bu parçalar havada asılı qalır. Nano su damlacıqları kiçik ölçülü reaktiv oksigen törəmələrinə sahibdir. Bunlar hüceyrələrimizin patogenlərlə döyüşdə istifadə etdiyi hidroksil radikallar və orqanik peroksidlərdən meydana gəlir.
Nano damlalar dizaynları etibarilə özündə elektrik yükü ehtiva edir. Beləcə, səth enerjisi artır və buxarlaşma azalır. Bu da nano damlaların saatlarla havada asılı qalma potensialını yüksəldir. Elektrik yükü yox olduqda isə nano su damcıları buxara çevrilib, ortadan itirlər.(publika.az)
Çap