Müğənni Şəbnəm Tovuzlu ilə sosial şəbəkə istifadəçisi arasında qalmaqal yaşanıb.Şəbnəm Tovuzlu əlində şərabla poz verdiyi fotosunu İnstaqramda paylaşıb. Sosial şəbəkə istifadəçisi müğənninin fotosuna “Həcidən ayıbdır!” şərhini yazaraq iradını bildirib. Şəbnəm Tovuzlu isə onu cavabsız qoymayıb: “Narahat olma! Həcı hər gün, hər dəqiqə yanımızdadır. Niyə narahatsan? Belə istəyirsən nömrəni direktə yaz, səhər yığsın görüşsün. Əli də qucağımızda gələk”. Şəbəkə istifadəçisi isə müğənniyə “Əlinizə “bakal” götürmüsünüz. Həcilərin aləmində də şərab haramdır. Fikirilərimə görə də məni “razborka”ya çağırırsınız” deyib.Qeyd edək ki, Şəbnəm Tovuzlu Həcı ləqəbli şəxslə evlidir. Cütlüyün Əli adlı oğlu var.(teleqraf.com)
Çap