Menu
07 sen 00:53XƏBƏR LENTİ / Gündəm

Azərbaycanda evə oğurluğa girən maskalı şəxs mülk sahibini bıçaqladı

Şəmkir rayonunda evə oğurluğa girmiş şəxs mənzil sahibini bıçaqlayıb.
Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girmiş maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsini bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Çap
Komment Əlavə et