“Ən dəyərli varlığım, həyat yoldaşımsan. Nə yaxşı ki, sən və balalarım var. Ailəm və mən dünyanın xoşbəxtiyəm. Sənsiz bir günüm olmasın. Səni və balalarımı çox sevirəm. Ad günün mübarək! Sən mənim üçün gəlmisən bu dünyaya”.Bu sözləri müğənni Elton Hüseynəliyev instaqramda həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə paylaşdığı fotolara qeyd edib. O, səmimi və romantik təbrik sözlərinə belə davam edib:
“Bu il ailə həyatımızın 15 yaşı tamam olacaq. “Dünyanın xoşbəxti mənəm dünyada” oxuyacağam sənin üçün”.(publika.az)
Çap