Menu
15 yan 21:35XƏBƏR LENTİ / Xarici

Avstraliyanın əvvəlki vəziyyətinə qayıtması üçün 100 il vaxt lazımdır

Avstraliyanın yanğınlardan əvvəlki vəziyyətinə qayıtması üçün ölkəyə 100 il lazımdır.
NASA-nın məlumatına görə, yanğınların tüstüsü Yer kürəsi ətrafında azı bir dəfə tam dövriyyə edəcək ki, bu da bütün dünyada atmosfer şəraitinə təsir göstərəcək.Bildirilir ki, Yeni Zelandiyada səmanın rəngi kəskin dəyişib. Nəticədə havanın keyfiyyəti ilə bağlı ciddi problemlər yaranıb.
Daha əvvəl bildirilib ki, Yeni Cənubi Uels ştatında yanğınsöndürənlər Mavi dağların zirvələrindən birində iri yanma ocaqlarından birini lokallaşdıra biliblər. Yanğınsöndürənlər havanın temperaturunun aşağı düşməsi və yağış yağması sayəsində vəziyyəti nəzarətə götürə biliblər.Avstraliyanın iri “Westpac” bankının hesablamalarına görə, meşə yanğınları ölkəyə 3,5 milyard dollar ziyan vurub.Ölkənin hakimiyyət orqanları meşə yanğınlarından zərər çəkənlərə 58 milyon Avstraliya dolları yardım ayırmaq niyyətindədir.
Çap
Komment Əlavə et