Menu
15 yan 02:01XƏBƏR LENTİ / Hadisə

Vilayət Eyvazov rüşvət alan polisi İŞDƏN ÇIXARDI - VİDEO

Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.
Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.
Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev təsdiqləyib.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də inspektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir.(unikal.org)
Çap
Komment Əlavə et