Məşhur ulduz Kardi B Amerika vətəndaşlığından imtina edir.Buna səbəb ABŞ Prezidenti Donald Trampın ölkəsinin İranla müharibə vəziyyətinə gətirməsidir. 27 yaşlı dünya ulduzu Tvitter hesabında Nigeriya vətəndaşlığını qəbul edəcəyini deyib: “Bu adam amerikalıları təhlükədə yaşadır. Donald Trampın bu günə qədər etdiyi ən axmaq hərəkətdir. Nigeriya vətəndaşlığı üçün müraciət edirəm”.(teleqraf.com)
Çap