Menu
28 okt 01:31XƏBƏR LENTİ / Xarici

Tramp Türkiyəyə təşəkkür etdi: Bağdadi öldürüldü

ABŞ hərbçiləri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadini zərərsizləşdirib.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Əməliyyat zamanı ABŞ hərbçilərindən heç kim xəsarət almayıb.
Rusiya, Türkiyə və İraqa təşəkkür edirəm. ABŞ hökuməti üçün çalışanlara təşəkkür edirəm. Dünən ABŞ üçün möhtəşəm gün idi. Bağdadi öldürüldü. Gizli əməliyyat idi. Bizi vursaydılar, yox edərdik. Daha heç bir zaman məsum insanlara – uşaqlara, qadına və başqalarına zərər verməyəcək. Dünya daha təhlükəsiz duruma gəldi. Türkiyə hara getdiyimizi bilirdi. Onlar da möhtəşəm idi. Əməkdaşlıq etdik. Heç bir problem yaşamadıq”, - Tramp bildirib.
Xatırladaq ki, Tramp bir qədər əvvəl “taleyüklü məsələ”yə dair tvit yazmışdı. ABŞ mətbuatı prezidentin bu tvitini İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi ilə əlaqələndirmişdi.
Çap
Komment Əlavə et