Menu
03 yan 21:31XƏBƏR LENTİ / Siyasət

Süleymanini çoxdan aradan götürmək lazım idi - Tramp

General Qasım Süleymani üzün müddət minlərlə amerikalını qətlə yetirib və yaralayıb və daha çox amerikalını öldürməyi planlaşdırırdı, ancaq ələ keçdi. O, milyonlarla insanın, ö cümlədən, İranın özündə etirazçıların ölümündə bilavasitə təqsirkar olub.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitterdə yazıb.
“İran bunu heç vaxt boynuna almayacaq, ancaq Süleymaniyə ölkə daxilində belə nifrət bəsləyirdilər və ondan qorxurdular. İran liderləri onun ölümündən təəssüf etdiyini dünyaya nümayiş etdirməyə çalışsa da, sadə insanlar heç də təəssüflənmir. Onu çoxdan aradan götürmək lazım idi”, - deyə Prezident Tramp əlavə edib.(axar.az)
Çap
Komment Əlavə et