Menu
02 yan 01:42XƏBƏR LENTİ / Gündəm

Leyla Əliyeva: “2020-ci il möcüzələr ili olacaq!”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Leyla Əliyeva instaqramda bayram fotosunu paylaşaraq gələn ilin möcüzələrlə dolu olacağına inandığını qeyd edib:
“Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm! Sizə xoşbəxtlik, cansağlığı, işlərinizdə uğurlar və bol-bol sevgi diləyirəm! Arzu edirəm ki, biz birlikdə çoxlu xeyirxah işlər görək, qəlbimizin səsini dinləyək və bir-birimizə ən gözəl diləklərimizi ünvanlayaq. Allah sizi qorusun və dünyada əminamanlıq hökm sürsün! Hər birinizə təşəkkür edirəm! 2020-ci il möcüzələr ili olacaq!”(publika.az)
Çap
Komment Əlavə et