“2017-ci ildə həbsə düşdüm, həyatım film kimi oldu. O illəri niyə silmək istəyim, o da maraqlı idi”.Bu sözləri “Ay Zaur” verilişində müğənni Fədayə Laçın həbs həyatından danışarkən deyib. Müğənni onu qınayan insanların iradlarına belə münasibət bildirib:
“Deməzdim ki, qəhrəmanlıq etmişəm. Amma atdığım o addımı görüm məni qınayanlar atsın... Keçdiyim yollar asan deyildi. Həqiqətən hər kişinin qızının addımı deyildi ki, o əzab-əziyyətə dözsün, sınmasın, üzü ağ çıxsın. Məni kameraya salıb dəmir qapını bağlayanda mahnı oxudum. Altı nəfərlə kamerada, üç il havasız otaq şəraitində oldum”.
Fədayə Laçın keçmiş həyat yoldaşı ilə münasibətindən də danışıb: “1992-ci ildə evləndim, 94-cü ildə oğlum dünyaya gəldi. Evliliyimiz üç il davam etdi və o, Rusiyaya getdi, qayıtmadı.
Oğlum atasıyla görüşür. Artıq Bakıda yaşayır, başqa xanımla evlənib. Hər ikimizdə günah var idi. Mən öz xasiyyətlərim ucbatından xoşbəxt ola bilmirəm”.
Fədayə Laçın atasının onu anabətnində olarkən anasını atıb getdiyini bildirib:
“Atam Bakıya təhsil almağa gəlir, qəşəng həyatı, dodağı boyalı qızları görür və kəndə dönmür. Da neyniyir, kənd qızını!”
Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.(publika.az)
Çap