Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda Yeni il şənlikləri zamanı insanların sıx toplaşdığı ərazidə terakt həyata keçirməyi planlaşdıran 2 nəfəri yaxalayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb. Cinayətə hazırlıqla bağlı informasiyanı ABŞ xüsusi xidməti orqanları çatdırıb.
Rusiya İstintaq Komitəsi “cinayətə hazırlıq”, “terrorizm” və “terror qruplaşmasının tərkibində iştirak etmək” maddələri ilə cinayət işi başladıb.
Saxlanılan şəxslər Rusiya vətəndaşlarıdır.
Çap