Əməkdar artist Nigar Şabanova şəxsi etirafı ilə hər kəsi təəccübləndirb.Nigar Şabanova “Ona qalsa” verilişində belə deyib: “Deyirlər ki, bağışlamaq lazmdır, Allah da bağışlayandır. Amma elə əməllər var ki, hər iki dünyada bağışlamayacam . Həyatımı, gəncliyimi əlimdən aldılar, hər iki dünyada əllərim yaxalarındadır”.
Bir müddət əvvəl övladlığa uşaq götürən əməkdar artist şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib: “Mənə deyirlər ki, bu günə qədər 80 faiz kimisə bəyənib, ailə qura bilərdin. Amma qorxmursan ki, qızından sonra hər bəy sənə yaxınlaşmağa risk etməz. Ana olmadan öncə də demişəm ki, övladı olan bir insan məni sevsə belə onu övladı ilə qəbul edəcək cəsarətdə olan insanam.
Niyə mənim övladım qəbul edilməsin? Ailə müqəddəsdir. Hətta sənətimdən belə dəyərlidir. Ona dəyəcək insan olarsa sənətdən imtina edərəm.
Ana olandan sonra çox dəyişdim. Qadını nə sevgi, nə ər dəyişər, amma analıq hissi dəyişər”.
Qeyd edək ki, Nigar Şabanova həyat yoldaşından boşanıb.(teleqraf.com)
Çap