Müğənni Natavan Həbibi Xalq artisti Röya Ayxanın “W-trio”nu mən dağıtdım” açıqlamasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Natavan “Evdəkilərə salam” proqramında qonaq olub. İfaçı bildirib ki, müğənni Xuraman Şuşalıya görə qrup dağılıb:
“Bir neçə gündür ki, “W- Trio”nu kimin dağıtması barədə söhbət gedir. Röya deyib ki, mən dağıtmışam. Yadıma düşdü ki, Röya çoxdan qrupdan çıxmışdı və “W- Trio” hələ də fəaliyyət göstərirdi. O vaxtlar Xuraman (Xuraman Şuşalı) Faiq Ağayevlə gizli toya getmişdi. Bundan sonra qrup dağılmağa başladı. Sən demə, Xuraman Vaqif Gərayzadədən xəbərsiz toyda çıxış edirmiş. Məşqə gəlmirdi, pul qazanmağa gedirdi”.
Qeyd edək ki, 1999-2006-cı illərdə fəaliyyət göstərən qrupun yaradıcısı məşhur prodüser Vaqif Gərayzadə olub.
Qrupun ilk solistləri Xalq artisti Röya Ayxan, Elnarə Xəlilova və Natavan Həbibi olub. Röya və Elnarənin qrupu tərk etməsindən sonra “W-trio”ya Səidə Sultan və Xuraman Şuşalı daxil olub.(musavat.com)
Çap