“20.12.2004, 15 il keçdi! Toy günümüz mübarək! Efir xanımının həyat yoldaşı olmaq asan deyil. 15 ildə göstərdiyin səbr, dəstək və qayğı üçün təşəkkür edirəm”.Bu sözləri tanınmış aktrisa və aparıcı Xəyalə Quliyeva instaqramda yazıb.
Evliliklərinin 15 illiyini qeyd etməsi münasibəti ilə Xəyalə Quliyeva həyat yoldaşına arzu və diləklərini sosial şəbəkədə çatdırıb: “15 rəqəmlərinin yerini dəyişib arzu edim ki, o gün olsun 51 illiyimizi qeyd edək. P.S. Amma axtaranlar, nəzərə alın ki 15 il əvvəlin dəbidi və 15 il əvvəl üçün heç də pis deyil”.
Lumizində gəlin köçən aktrisanın paylaşdığı toy fotosu diqqət çəkib.(publika.az)
Çap