İsveçrənin
“20 Minuten” qəzetinin xəbərində deyilir ki, dünyanın ən bahalı dərmanını istehsal edən
“Novartis” əczaçılıq şirkəti gələn il 100 xəstəyə öz dərmanını pulsuz təqdim edəcək. “Zolgensma” adlanan dərman xəstə uşaqlar üçün həyatı əhəmiyyət kəsb edir. Belə ki, bu dərman genetik kodda və əzələ inkişafında problemi olan uşaqlar üçün nəzərdə tutulub. Əczaçılıq şirkəti
100 şanslı xəstəni müəyyən etmək üçün lotereya keçirmək fikrindədir.
Hər 10 min doğulan uşaqdan birində təsadüf edilən bu xəstəlik bir çox ölkələrdə müalicə olunmur. Belə xəstəliyə mübtəla olan uşaqlar ən yaxşı halda 2 il yaşaya bilirlər. Sonda nəfəsləri kəsilir və tələf olurlar. Bir dozası 2,1 milyon dollar olan dərmanı almaq maddi baxımdan çoxları üçün əlçatmazdır. Elə bu səbəbdən də İsveçrənin əczaçılıq şirkəti olan
“Novartis” belə bir qərar verib.
Təbii ki, bu nadir xəstəlidən əziyyət çəkən körpələr Azərbaycanda da var. Onlar bu fürsətdən yararlana bilərlər. Bunun üçün şirkətin rəhbərliyinə müraciət etmək lazımdır. Bakıda İsveçrə səfirliyi fəaliyyət göstərir. Bu və ya digər informasiya almaq üçün ora da müraciət etmək olar.Deyim ki, Avropada tibbi sığorta institutları yüksək səviyyədə fəaliyyət göstərirlər. Ancaq onlar üçün də bu bahalı dərmana görə pul köçürmək son dərəcə çətindir. Azərbaycanda isə bu, praktiki olaraq mümkün deyil.
Almaniya, Belçika, Polşa, Macarıstan, İsrail və digər ölkələrdəki ailələr artıq “Zolgensma”nı əldə etmək üçün fəaliyyətə başlayıblar.
https://www.20min.ch/wissen/news/story/Novartis-Lotterie-22989205Elbəyi Həsənli, Sürix
Musavat.com
Çap