Menu
13 noy 21:12XƏBƏR LENTİ / Siyasət

Uşaqlara 500 MANAT VERİLSİN - Milli Məclisdə İNANILMAZ TƏKLİF

"2020-ci il büdcəsində sosial yükün artırılması, bu il başlanan sosial paketin növbəti ildə də davam etdirilməsi çox müsbət hadisədir".
Bu sözləri deputat Əli Məsimli Milli Məclisin iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O əlavə edib ki, demoqrafik qocalmaya məruz qalan ölkələr müxtəlif üsullardan istifadə edərək çalışırlar ki, daha çox az adam təqaüd alsın. Deputatın sözlərinə görə, MDB məkanında da buna rast gəlinir: "Rusiyada əhalinin 30 faizi pensiyaçıdır. Azərbaycanda isə bu 13 faiz təşkil edir. Amma Azərbaycanda daha çox az adamın pensiya alması, alanların daha az məbləğ alması istənilir. Bu yaxşı konsepsiya deyil. Çalışmaq lazımdır ki, yaşlı insan üçün pensiya almaq əlçatan olsun. Azərbaycanda pensiya yaşının 65 olması artıq faktdır. Amma elə sahələr var ki, xüsusilə qadınlar ziyanlı işlərdə işlədiyi üçün bu yaşda təqaüdə çıxması doğru deyil. Bəzən deyirlər ki, müəllimlər və həkimlər pensiyaya çıxmaq istəmir, daha çox işləmək istəyirlər. Amma nəzərə alaq ki, hamı müəllim və həkim deyil. Bir sıra ölkələrdə 70 yaşından yuxarı təqaüdçülərə əlavə ödəmələr olur. Mən bu praktikanın Azərbaycanda tətbiq edilməsini təklif edirəm".
Əli Məsimli əlavə edib ki, işsizliyə görə müavinətin verilməsinə baxanda görürük ki, qeydiyyata 20 min insan alınır: "Lakin daha az adama işsizliyə görə, müavinət verirlər. Haradasa 100 adamdan 6 adama müavinət verilir. Bu simvolik məna daşıyır. Məncə, bu məsələyə yenidən baxılmalıdır”.
Son zamanlar mətbuatda uşaq pulu məsələsinin qaldırıldığına diqqət çəkən deputat xatırladıb ki, hökumət bu məsələyə konkret cavab verməyə tələsmir: "Yeni doğulan uşaqlara 105 manat birdəfəlik müavinət verilirdi, indi bu məbləğ 200 manat olub. Amma yeni doğulan körpələrin xərcləri daha çoxdur. Mən təklif edirəm ki, yeni doğulan körpələrə birbaşa 500 manat verilsin. Azərbaycan büdcəsi 27 milyard manatdır və bunun üçün böyük məbləğ tələb olunmur".
Çap
Komment Əlavə et