Menu
19 dek 01:54XƏBƏR LENTİ / Xarici

“Məni həbsxanada…” – “Kedicik”dən şok sözlər

Adnan Oktar istintaqı çərçivəsində 1.5 ildir azadlıqdan məhrum edilən və 77 nəfəri qadın olan 91 şəxsin cəzası ev həbsinə dəyişdirilib.
Həbsdən azad edilənlər arasında Adnan Oktar təriqəti daxilində “Bacı” adıyla tanınan Tülay Kumaşçı da var.
Kumaşçı həbsdən çıxanların ailələri tərəfindən qəbul edilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib:
“Bir çox yanlış məlumatlar var. Məsələn, otellərə gedənlərdən danışılır. Belə bir şey yoxdur, hamı öz evinə getdi. Hamımız ailələrimizlə görüşürük.
Mən həmişə azad oldum, Adnan bəyin də, dostlarımın da yanında. Amma biz öz ailəmizdən kənarda yaşaya bilmərik”.
Tülay Kumaşçı həbsxana həyatından da danışıb:
“Adnan bəy də dedi, bizi həbsə Allah göndərdi, Allah da çıxardı. Hamısı gözəl id. Bizim üçün çox böyük təcrübə oldu, cinayət işləyən insanlarla birlikdə qaldıq, narkotacirlərlə qaldıq. Həqiqətən bir imtahan idi. Əlbəttə, biz məsum bir cəmiyyətik, sevgi cəmiyyətiyik. Biz sevgi üçün çalışırıq. Məqsədimiz insanlar arasında sevgi yaymaqdır. Bizi həbsxanada da sevdilər, məni də sevdilər. Biz Allahdan razıyıq”.(teleqraf.com)
Çap
Komment Əlavə et