Menu
19 dek 01:32XƏBƏR LENTİ / Gündəm

Röyadan icra başçılarına: “Mənim 1-2 toyumun puludursa, onlar üçün...

"Mərdcəsinə kömək istəyən insanlardan xoşum gəlir. Videonu izləyərkən qadının danışıqlarını sevdim, qərara aldım ki, onunla görüşüm. Təəssüratlarım böyük və gözəldir. Qazaxa getdik, Əsmər xanıma dedim ki, iki oğul böyütmüsən, biri əsgərdir, digəri şəhid".
Xalq artisti Röya Ayxan 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir xərclərini öz üzərinə götürməsi barədə verdiyi açıqlamada deyib.
"Bizə əsas odur ki, xanımın o şəraitdə yaşamasına icazə verməyək. İnanırsınız, evin döşəməsi yoxdur, palçığın içində yaşayır. Gücüm çatan hər şeyi öhdəliyimə götürdüm. Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışığını təmin edə bilir. Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var. Bayram günü hamını sevindirin”.
Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayan 75 yaşlı Əsmər Cəfərovanın vəziyyəti, bloger Tural Yusiflinin yaydığı videodan sonra sosial şəbəkələrdə böyük marağa səbəb olub.(publika.az)
Çap
Komment Əlavə et