Menu
18 dek 01:45XƏBƏR LENTİ / Şou biznes

Namiq Qaraçuxurlu təcili yardımda: “Aylarla yataqdan qalxmamaq…”

“Təsadüfən Təcili Yardımda çəkilmiş şəklim qarşıma çıxdı. 2 il öncə bu gün yaşadıqlarım gözümün önündə canlandı. Uzun sürən əməliyyat, bircə saniyəlik də olsa, ağrılarımın olmaması üçün Allaha yalvarışlar, murdar insanların sevinməsini izləmək, aylarla yataqdan qalxmamaq, ağrılarımdan çox himayəmdə olan insanların qayğıları kimi narahatçılıqlar, istifadə etmək üçün sağalmağımı gözləyənlər...”
Publika.az xəbər verir ki, bu sözləri tanınmış meyxanaçı Namiq Qaraçuxurlu instaqramda yazıb. Bir neçə il əvvəl səhhətində yaranan problemləri, çətin günləri yada salan ulduz təcili yardımda çəkdiyi fotosunu paylaşıb:
“Amma eyni zamanda peşəkar həkimlər, başımın üstündə bir ordu dostlarım, günlərlə bu ağrını mənimlə bir keçirən ailəmin, əzizlərimin, millətimin qəlbdən gələn duaları, sevgisi, sənət dostlarımın mənəvi dəstəyi və nəhayət, ayağa qalmaq. Qəribə hisslər keçirirəm. Özümü naşükürlükdə, unutqanlıqda qınayıram. Baxmayaraq, hər gecə dua və şükürlərimi dilimə gətirirəm, məncə, yenə də azdı. Pis günlər uzaq olsun, hər anımıza şükür”.
Çap
Komment Əlavə et