Menu
17 dek 01:25XƏBƏR LENTİ / Xarici

Milyarderlər məhəlləsində milyon dollarlıq oğurluq - FOTOLAR

“Formula 1”in sabiq prezidenti Berni Ekklstounun qızı Tamaranın evinə oğru girib.
Publika.az xəbər verir ki, cinayətkarlar Britaniyanın paytaxtı Londondakı milyarderlər prospektindəki 57 otaqlı evdən Tamaranın zinət əşyalarını oğurlayıb.
Oğurlanan əşyaların dəyəri 50 milyon funt-sterlinqdir (67 milyon dollara yaxın). Zinət əşyaları arasında 35 yaşlı Tamaranın həyat yoldaşından toy hədiyyəsi kimi aldığı 80 minlik “Cartier” qolbağı da var.
Tamara hadisə zamanı evdə olmayıb.
London polisi soyğunu təsdiqləyib və hadisə ilə bağlı hələ ki, saxlanılan yoxdur.(publika.az)


























Çap
Komment Əlavə et