"Mənə baxırsınız ki, adi qadındır. Amma bir vaxtlar çantamda silah gəzdirmişəm. Bloka silahsız girmək olmurdu. Hər an bizi hər şey gözləyə bilərdi. Silahı çəkib, sumkamı sinəmə basıb bloka girirdim".Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişindəki qonaq olarkən deyib. Müğənni bir vaxtlar çantasında silah gəzdirdiyini etiraf edib:
"Sovet hökuməti dağılandan sonra Heydər Əliyev hakimiyyətə gələnə qədər olan bir-iki il ərzində xalqımız çox əziyyət çəkdi. Toylarda tez-tez dava düşürdü. Yanımda sürücü olsa da, hər addımda qabaq kəsmək, oğurluq, adam öldürmək olurdu".(publika.az)
Çap