Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər.27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli & Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər.
“Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina olması barədə məlumat daxil olub.
Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub.
Üst geyimlərini belə geyinə bilməyən 500-ə yaxın tamaşaçı küçəyə çıxarılıb.
Axtarış zamanı binada partlayıcı əşya tapılmayıb.
Repçilər onlara məxsus “Mercedes-Benz” markalı avtomobillə əyləncə mərkəzini tərk elədikdən sonra naməlum şəxslər onları təqib edərək güllə yağışına tutublar.
İnsident nəticəsində xəsarət alan olmayıb.(teleqraf.com)
Çap