ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Aygün Mahmudova olub.Sənətçi imicində etdiyi dəyişiklikdən danışıb:
“Düşündüm ki, dəyişiklik zamanıdır. Bu saçları ilk dəfə mən etmişəm. Dəbə saldım. Məndən sonra aparıcılara qədər hamı etdi”.
İfaçı, həyat yoldaşı rejissor Kənan Mahmudov haqqında da maraqlı açıqlamalar edib:
“Ayda bir dəfə ya Kənan gəlir, ya mən yanına gedirəm. Yollarda qalır. Sənətində heç vaxt heç nəyi ona məcbur etməmişəm. O da məni həmçinin. Ürəyimiz istəyən qonararı versəydilər, lap köçüb onun yanında yaşayardıq. Hal-hazırda mənim qonararım daha yüksəkdir. Kənanın qonararı zəif olduğu üçün deyirəm ki, sənin əziyyətinə dəymir. Kənanın qazancı hər zaman məndən yüksək olub. Çünki mən uzun müddət işləmirdim, uşaq saxlayırdım. Əsas odur ki, qazancımız bir yerə toplanır. Bütün ailələrdə pul qadınlarda olur. Kişi qazanıb gətirir qadına verir. Xatırlayıram, Kənana 1000 manat bir, 2000 min manat da bir vermişdim. Sonra dedim ki, pulumu gətirib qaytaracaqsan? Dedi, narahat olma, film izlənsin qaytararam”.
Müsahibə zamanı həyat yoldaşına görüntülü zəng edən rejissor da məsələyə münasibətini bildirdi:
“Pulların hamısı məndə olsa, ortada heç nə qalmaz. Qadın 100 min qazana bilər. Amma kişinin qazancı daha bərəkətli olur”.(musavat.com)
Çap