Menu
06 dek 01:40XƏBƏR LENTİ / Hadisə

“Bu şəhərdə”nin prodüseri: “Fahişənin şərindən, ev yıxandan...”

“Bu şəhərdə” komandasının prodüseri Müşfiq Abbasovu evi ilə bağlı bir ilə yaxındır davam edən məhkəmə prosesi əldən salıb.
O, bu barədə sosial şəbəkədə yazıb.
“Görəsən bu şəhərdə, yalnız məndən (Müşfiq Abbasovdan), yoxsa hamıdan, əlində Dövlət notariusunun təsdiqlədiyi alqı-satqı ilə, mənzil alandan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarışı (kupçası) ola-ola, 4 il məhkəmələrdə sürünəndən, vəkillərə pul xərcləyəndən sonra bir ömür pul yığıb aldığın evini-mülkünü alıb kiməsə verirlər? Yoxsa hər şəhərdə, hamıda belədir? P.S Allah cəmi xalqımızı mərdiməzardan, ev yıxandan, fahişənin şərindən qorusun”.
Qeyd edək ki, Müşfiq Abbasovun 145 min manat dəyərindəki mənzili iki nəfərə satılıb.
Prodüser sonuncu məhkəmənin onun xeyrinə qərar çıxardığını söyləmişdi: “Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamadı və mənim xeyrimə qərar çıxardı. Ev məndə qaldı. Bütün mətbuat nümayəndələrinə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Növbəti məhkəmədə xeyrimə qərar çıxarılacağına inanıram”.(publika.az)
Çap
Komment Əlavə et