Menu
06 dek 01:38XƏBƏR LENTİ / Şou biznes

Məşhur aktrisa həyat yoldaşı haqqında: “Yolumuzun üstündə tikanlar…”

Dünən tanınmış ulduz cütlük - Murad İsmayıl və Ülviyyə Xəlilbəylinin evliliklərinin bir ili tamam olub.
Aktrisa bu münasibətlə həyat yoldaşını sosial şəbəkədə təbrik edib.
O, bir il ərzində müəyyən çətinliklərlə üzləşdiyini səmimi şəkildə etiraf edib: “Evlilik zənn etdiyimdən daha çətin imiş. Çətinlikləri biz birlikdə aşdıq. Acılı-şirinli bir ilimiz mübarək. Allah ailəmizi mərdiməzarlardan və qəlbi çirkaba bulaşmış insanlardan qorusun. Amin! Yolumuzun üstündə tikanlar deyil, o tikanları qurudan günəş parlasın hər zaman!”
Məlumat üçün bildirək ki, aktyorlar “Vicdan haqqı” serialında tanış olub. Onlar hazırda ARB kanalında yayımlanan “Uçurum” serialında tərəf müqabilidir.(publika.az)




Online film
Çap
Komment Əlavə et