Ötən gün Bakıda “Electra Events Hall”da konsert verən türkiyəli müğənni - Ersay Ünerin başına iş gəlib.Kulisdə Ersay Ünerlə meneceri Subutay Yitgin arasında əlbəyaxa dava olub. Əsəblərini cilovlaya bilməyən ifaçı menecerini döyüb. Səs-küyə mühafizə xidməti və tədbirin təşkilatçıları gəlib. Müğənninin köməkçisi otaqdan bayıra çıxarılıb. Davanın hansı səbəbdən yarandığı məlum deyil. (qafqazinfo)
Çap