Menu
11 okt 22:57XƏBƏR LENTİ / Şou biznes

Məşhur türk müğənnisi azərbaycanlı xəstə qız üçün konsert verəcək

Məşhur rok müğənnisi Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün Bakıda xeyriyyə konsert proqramı ilə çıxış edəcək.
Bu barədə sənətçi tvitterdə məlumat yayıb. O, qeyd edib ki, bir müddət əvvəl sosial şəbəkədə paylaşdığı xeyriyyəçilik təklifinə Azərbaycandan cavab gəlib.
“Azərbaycan Suraya səssiz qalmadı. Onun yaxşılaşması üçün bütün qapıları açdı. Komandamız iki gün əvvəl Bakıya dəvət edildi. “Nargis Fund”un dəstəyi ilə 7 dekabrda Bakıdakı “Elektra Events Hall”da konsert olacaq. Bütün Azərbaycan xalqını gözləyirəm. Sura xilas olacaq” , - deyə o, qeyd edib.
Xatırladaq ki, H. Levent bundan əvvəl 22 yaşlı Suranın sağalması üçün 400 min lirəyə ehtiyacı olduğunu bildirmişdi və buna görə Azərbaycanda heç bir qonorar almadan konsert verməyə hazır olduğunu qeyd etmişdi.
Məlumat üçün onu da bildirək ki, Haluk Levent Türkiyədə xeyriyyəçi kimi tanınır. O, ağır xəstəlikdən əziyyət çəkən insanlar, həm də ailəsinin zorakılıq və təzyiqlərinə məruz qalan qadınlar üçün mütəmadi olaraq yardım kampaniyaları təşkil edir.(publika.az)




Çap
Komment Əlavə et