Menu
28 noy 01:54XƏBƏR LENTİ / Şou biznes

“Məni yaxamdan tutub...” – Fatiməni kim öldürmək istəyər?

“Allahdan başqa kim mənim toyumu əlimdən ala bilər? Məni görən gözləri yoxdur”.
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Show News” verilişində həmkarlarının onun uğurlarını həzm edə bilmədiyi haqda danışarkən deyib:
“Allah sizə o qədər xına məclisi nəsib etsin ki, Fatimənin səhifəsinə baxmağa belə vaxtınız olmasın. Bəzi aparıcılar var, onlara desələr ki, Fatiməni öldürmək lazımdır, iki əlini birdən qaldırarlar ki, öldür onu, olmasın o. Çox pis gözə gəlirəm.
Nəfsin məni yıxdığı kimi heç nə məni yıxmır. Kənardan hər kəsə rahat gəlir. Deyirlər ki, bax, balaca canı ilə nələr edir. Amma bilmirlər ki, yanımdakı ordu da evinə çörək pulu qazanır”.
Çap
Komment Əlavə et