Aysel Yusubova "Lara Kuroft" filmində canlandırdığı obrazı ilə məşhurlaşan Hollivud ulduzu Alisiya Vikander ilə eyni filmdə rol alacaq.Azərbaycan istehsalı olan “Aporia” filmində baş qəhrəmanı canlandıran Aysel Yusubovaya “BDAmerika” film şirkətindən təklif gəlib. Şirkət aktrisanı yeni filmdə çəkmək istədiyini bildirib.
“Sultansoy” prodakşından verilən məlumata görə, hazırda qarşı tərəflə danışıqlar aparılır. Aysel Yusubova məşhur aktrisaya çox bənzədiyi üçün onun əkiz bacısını oynamaq təklifi irəli sürülüb.
Qeyd edək ki, Aysel Yusubova Azərbaycan Xalq teatrının aktrisasıdır.
Xatırladaq ki, “Aporia” filmi noyabr ayının 22-dən etibarən nümayiş etdirilməyə başlayıb. Hazırda filmin nümayiş arealı Azərbaycan və ABŞ-ı əhatə edir.
Çap