“Olmayan əndamınızı nümayiş etdirməkdən sənət nümayiş etdirmək yaddan çıxıb...”
Bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb. Həmkarlarının ünvanına kəskin iradlar bildirən kino ulduzu onların süni gözəlliklə heç bir uğura nail ola bilməyəcəyini qeyd edib:
“Mimik qırışsız üzlər, donuq gözlər, ancaq gözəl görünmək eşqi sizi dünyaya çıxarmayacaq... Mən bütün arzularını yaşıllaşdırıb çiçək açmış adamam...”
Qeyd edək ki, hazırda “Ata Ocağı” serialında rol alan aktrisa Rotterdam beynəlxalq kinofestivalında "FIPRESCI" mükafatına layiq görülən azərbaycanlı rejissor Elmar İmanovun çəkdiyi "Mövsümün sonu" filmində baş rolu ifa edib.
Sözügedən film bir çox beynəlxalq festivallarda iştirak edib.(publika.az)
Çap