Menu
26 noy 01:55XƏBƏR LENTİ / Şou biznes

Tacir ilə Fədayə Laçın uzun fasilədən sonra duet oxudu

Müğənni Tacir Şahmalıoğlu illər sonra duet ortağı Fədayə Laçınla bir araya gəlib.
Musavat.com xəbər verir ki, keçmiş duet ortaqları eyni səhnəni bölüşüb. T. Şahmalıoğlu məclislərin birində duet ifa etdikləri görüntüləri sosial şəbəkədə yayıb.
“Kim nə deyir-yazır, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda nömrə 1 duet ortağı olmuşuq. Dünənki məclisimizdə də gözəl bir duetimiz alındı”-, deyə o bildirib.
Qeyd edək ki, 2017-ci ildə həbs edilən, bu ilin oktyabrında isə azadlığa çıxan Fədayə Laçınla Tacir Şahmalıoğlunun münasibətlərində soyuqluq yaranmışdı. Fədayə azadlığa çıxdıqdan sonra Tacir həmkarı ilə duet oxumaq istədiyini, lakin İlahə Fədanın onlara mane olduğunu bildirmişdi.
Çap
Komment Əlavə et