Müğənni Fədayə Laçın bacısı İlahə Fədanın ona Tacir Şahmalıoğlu ilə duet oxumağı qadağan etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
ARB TV-nin “Show News” verilişinə açıqlama verən sənətçi xəbəri təkzib edib.
“Hər zaman Tacirlə toylara birgə getmişik. O da, mən də ifaçıyıq. Bundan sonra da gedərəm. Biz heç vaxt düşmən olmamışıq. Danışmışıq, toylarda, verilişlərdə oxumuşuq. Bacım Tacir Şahmalıoğlu ilə oxumağıma qadağa qoymayıb. Şəxsən mənə elə bir söz deməyib”.
Çap