Menu
16 noy 00:46XƏBƏR LENTİ / Şou biznes

“Heç kim ləkəsiz, təmiz deyil” – İradə mübahisə yaratdı

"Yaşadıqlarımdan, öyrəndiklərimdən, Allah dostlarından mənə qalanlar, hamımızın, bütün insanların üstündə bir az kir, toz var. Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil. İnsanların çox yaxşı olduğuna və qüsursuzluğuna, əsla aldanma, yaxud özünü aldatmağa səbəb axtarma".
Bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Paylaşımları ilə söz-söhbətə səbəb olan sənətçi bu dəfə insanların tənqidlərindən bəhs edib: "Hardan başlayacağını bilmədiyin zərif ruhunu başa düşürəm, amma bunun üçün heç bir addım, səy göstərmədiyini başa düşə bilmirəm" deyir, bir kitabda. Əslində sənə yol xəritəsi, qiblənüma çoxdur, yetər ki, görmək isdə.
Oxumaq, araşdırmaq və yaşamaq... Bu üç amillə etdiyin axtarışların hamısı yolundur. Kirini, tozunu, pasını atmaq istəyirsənsə, ürəkli olmalısan. Olanı yoxa saymayacaq, olmayanı var saymayacaqsan. Cəsarət üzləşmək, razı olmaq isdər. Ürəyinə ağrı çəkdirmə. Ağlına, şüuruna çəkdir ağrını. Ürəyin hər zaman ağrıyacaq, sən şüurunu dinlə.
İndi get bir güzgüyə diqqətlə, cəsarətini topla və bax. Siz bu güzgü məsələsini səhv başa düşməyin. güzgünü başqalarına tutmaq rahatdır, bir də özünə tut. Başqasında qüsur, ayıb axtarmaq asandır".
Çap
Komment Əlavə et