Menu
01 noy 01:51XƏBƏR LENTİ / Hadisə

Arvadını boğub öldürdü, oxunan hökm isə...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlinib və o məcburi müalicəyə göndərilib. İttihama görə, ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1969-cu il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.
M.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. O, qətli qısqanclıq zəminində törətdiyini deyib.
Çap
Komment Əlavə et