Türkiyənin "Merinos" klubunun voleybolçusu Betül Çoban Çakır zəlzələ nəticəsində həyatını itirib.
"Haber Global"-a istinadən xəbər verir ki, Betül Çoban Çakırla birlikdə onun voleybolçu həyat yoldaşı Bədrəddin Çakır da həlak olub.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı gücündə zəlzələ olub.
Son statistikaya görə, yeraltı təkanlar nəticəsində 3381 nəfər həyatını itirib, 20426 nəfər isə yaralanıb.
Çap