Futbol üzrə Uels yığmasının hücumçusu Qaret Beyl karyerasını bitirdiyini elan edib.
“Sport-Ekspress” nəşrinə istinadən xəbər verir ki, futbolçu özü barədə açıqlama yayıb.
33 yaşlı uelslinin sonuncu klubu “Los Anceles” olub.
Beyl karyerası ərzində “Sauthempton”, “Tottenhem” və “Real Madrid” kimi klublarda çıxış edib.
O, “Real Madrid” klubunun heyətində 5 dəfə Çempionlar Liqasının, eyni zamanda, 3 dəfə İspaniya çempionatının qalibi olub.
Uels yığmasının heyətində meydana çıxdığı 109 matçda 41 qola imza atıb.
Çap