Menu
05 avq 23:28XƏBƏR LENTİ / İdman

Lionel Messi "Barselona" ilə vidalaşıb - RƏSMİ

Argentina millisinin futbolçusu Lionel Messi İspaniya "Barselona"sı ilə yollarını ayırıb.
Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib. Bildirilib ki, bir müddət öncə tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunsa da, maliyyə şərtləri və digər məsələlərə görə əməkdaşlığa xitam verilib.
"Barselona" 34 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb. Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.(report.az)
Çap
Oxşar xəbərlər:
"> Eldar Namazov: “Azərbaycanı 1 il ərzində 4 ciddi risk gözləyir" "> "Qarabağ" bu gün APOEL ilə qarşılaşacaq "> Çempionlar Liqası və Avropa Liqası dayandırıla bilər "> SON DƏQİQƏ: Futbol dünyası şoka salan qərar qəbul edildi "> Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Komment Əlavə et
Adınız:
E-Mail:
Şifrə:
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: